Bakıdan Naxçıvana uçan təyyarə geri qayıtdı

bakidan-naxcivana-ucan-teyyare-geri-qayitdi
Oxunma sayı: 5547

Əlverişsiz hava şəraiti (güclü duman) səbəbindən, AZAL-ın J2-251 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmağa qərar verib. ⠀

“Qafqazinfo” xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.

Təyyarə saat 08:50-də Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş edib. ⠀

Hava şəraiti yaxşılaşdıqdan sonra sərnişinlər Naxçıvana yola düşəcəklər.

Həmçinin oxuyun: Bakıda sinif yoldaşının ölümünə səbəb olan şagird məsuliyyətə cəlb edilmədi