Bakının mərkəzində ofisdə intihar

bakinin-merkezinde-ofisde-intihar-
Oxunma sayı: 4811

Bakının Nəsimi rayonunda intihar hadisəsi baş verib.

Qafqazinfo”nun Report-a istinadən məlumatına görə, 28 May küçəsi 9 ünvanında yerləşən ofisdə qeydə alınıb.

Bakı şəhər sakini 1977-ci il təvəllüdlü Vüsal Rəcəbov özünü öldürmək məqsədi ilə sirkə turşusu qəbul edib. O, zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq V.Rəcəb xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.