Bakıda toydan çıxan müharibə iştirakçısı faciəvi şəkildə öldü - Yenilənib

bakida-toydan-cixan-muharibe-istirakcisi-facievi-sekilde-oldu
Oxunma sayı: 11584

Bakıda müharibə iştirakçısı faciəvi şəkildə ölüb.

“Qafqazinfo”nun məlumatına görə, Baxışov Yusif Vasif oğlu toydan çıxıb yolu keçmək istəyərkən onu “Mercedes” markalı maşın vurub. Nəticədə o, hadisə yerində dünyasını dəyişib.

Həmçinin oxuyun: Украинский Купянск в руинах - Видеорепортаж Эйнуллы Фатуллаева

Məlumata görə, Yusif Baxışov əslən Salyanın Xələc kəndindən olub. O işi ilə bağlı olaraq Bakıda qohumları gildə yaşayırmış. O, hadisə günü işdən çıxıb Qobustana toya gedibmiş. Yaxınlarının bildirdiyinə görə, Yusif Aprel döyüşləri və Vətən müharibəsində iştirak edib. Onun hadisə baş verən günə qədər MAXE kimi hərbi xidmətini davam etdirdiyi qeyd olunur.

***

Bakıda yol qəzasında vəfat edən Yusif Baxışovla bağlı bəzi məqamlar üzə çıxıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Y.Baxışovun öldüyü qəza Qaradağ rayonu Qobustan qəsəbəsində baş verib. Belə ki, Qobustana toya gələn Yusif toydan çıxandan sonra yolu keçməyə çalışıb. Bu zaman “Mercedes” markalı yük maşını onu vurub.

Bildirilir ki, hadisəni törədən sürücü də qazidir.