Kürdəmirdə zəhərlənmə hadisəsi qeydə alınıb.
“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində yerləşən şadlıq evlərinin birində baş verib.
Belə ki, şadlıq evində keçirilən toy mərasimindən sonra 30 nəfər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.
Zərərçəkənlərin vəziyyətləri orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
***
Kürdəmirdə qidadan zəhərlənənlərin sayı 50 nəfərə çatıb.
***
TƏBİB-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, sentyabrın 30-u saat 20:50 radələrində 91 nəfər zəhərlənmə şübhəsilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub:
“Onların hər birinə zəruri tibbi xidmət göstərilib, vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıb”.
***
Məsələ ilə bağlı AQTA-dan saytımıza verilən məlumatda bildirilib ki, Kürdəmir rayonunda qeydə alınan zəhərlənmə hadisəsi ilə bağlı araşdırma aparılır:
“Kürdəmir rayonunda yerləşən “Günəş” şadlıq sarayında keçirilən toy mərasimində baş verən zəhərlənmə hadisəsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi tərəfindən araşdırma aparılır.
Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində Agentlik tərəfindən müvafiq tədbirlər görülür. Araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir”.
Son xəbərlər
Son Xəbərlər