Bakıya yola düşdülər - Fotolar

bakiya-yola-dusduler
Oxunma sayı: 3262

UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində “Qarabağ”ın qonağı olacaq “Bayer” Bakıya yola düşüb.

“Qafqazinfo” xəbər verir ki, Leverkuzen təmsilçisi çarter reysi ilə 5 saatlıq uçuşla Azərbaycanın paytaxtına gələcək. “Bayer”in Bakıda açıq məşqi olmayacaq. Çünki komanda bugünkü məşqi Leverkuzendə keçib.

Qeyd edək ki, martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Bayer” görüşü saat 21:45-də başlayacaq.