Dünyanın ən bahalı avtomobillərindən biri Bakıdadır.
"Qafqazinfo" bildirir ki, bu barədə Feysbuk sosial şəbəkəsində "Cars in Baku" səhifəsi məlumat verib.
12 milyon 800 min dollar qiyməti olan “Rolls-Royce Sweptail” paytaxtımıza tranzit olaraq gətirilib.
Çinli iş adamına məxsus avtomobil hazırda “Baku Cargo Terminal”ında saxlanılır.
Avtomobil sözügedən şəxs üçün individual olaraq 1 nüsxədə hazırlanıb. Onun avtomobil kolleksioneri olduğu deyilir.
***
“Baku Cargo Terminal”dan "Qafqazinfo"ya bildirilib ki, sözügedən məlumat həqiqəti əks etdirmir və terminalda belə bir avtomobil yoxdur. Hazırda bu xəbəri yayan "Cars in Baku" səhifəsi barədə hüquqi müstəvidə işlər aparılır.
Son xəbərlər
Son Xəbərlər