“Bakubus”da kondisioner partladı, yanğın oldu - Video-Yenilənib

bakubusda-kondisioner-partladi-yangin-oldu
Oxunma sayı: 3462

Bu gün Bakının Səbail rayonu ərazisində - Neftçilər prospektində avtobus yanıb.

“Qafqazinfo” xəbər verir ki, "BakuBus" MMC-yə məxsus olan 6 saylı xətt üzrə hərəkət edən avtobusda kondisioner partlayıb və yanğın baş verib.

Dərhal sərnişinlər avtobusdan düşürülüb.

Bakupost-un hadisə yerindən yaydığı görüntüləri təqdim edirik:

***

"BakuBus" MMC-dən bildirilib ki, hadisə bu gün saat 09:30 radələrində 6 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda baş verib:

“Texniki nasazlıq səbəbindən avtobuslarda mövcud avtomatik qoruma sistemi işə düşüb. Sərnişinlər avtobusdan düşürdülüb və avtobus qaraja yönləndirilib. Dərhal avtobus qarajdan ehtiyat avtobusla əvəz edilib, marşrutun hərəkət qrafiki bərpa edilib. Sərnişinlər arasında xəsarət alan yoxdur".