Balaca qızı Bakıdan aparılan ayının qəfəsinə atdı

balaca-qizi-bakidan-aparilan-ayinin-qefesine-atdi
Oxunma sayı: 10485

Daşkənddə gənc qadın naməlum səbəbdən izdihamın gözü qarşısında kiçik qızı ayı qəfəsinə atıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, zoopark işçiləri qadına mane olmağa çalışsalar da heç nə alınmayıb.

Qəfəsdəki “Zuzu” ləqəbli Qafqaz qonur ayısı isə atılmış uşağa yaxınlaşaraq onu qoxulamağa başlayıb. Lakin ayı qızcığaza toxunmayıb və işçilərin köməyi ilə öz yerinə qayıdıb. Uşaq dərhal qəfəsdən çıxarılaraq zooparkın tibb bacısı tərəfindən müayinə olunub. Qız sadəcə 5 metr hündürlükdən atılması səbəbindən xəsarətlər alıb. 

İlkin müayinə zamanı onda qançırlardan başqa ciddi xəsarət aşkarlanmayıb.

Hazırda hüquq-mühafizə orqanları hadisəni araşdırır. Uşaq həkim nəzarətindədir. Daşkənd zooparkı qızın tibbi yardımı ilə bağlı bütün xərcləri öz üzərinə götürüb. 

Qeyd edək ki, Zuzu 2017-ci ildə Bakı zooparkından Daşkənd zooparkına aparılıb. O, insanlarla ünsiyyətcilliyi və mülayimliyi ilə tanınır.