“Qafqazinfo” eurovision.az saytına istinadən xəbər verir ki, “Bakı Kristal Zalı”nda “Eurovision” mahnı müsabiqəsi 2012-nin final mərhələsinin açılış şousunun məşqi keçirilib.
Məşqlərdə iştirak edən muğam ustası, xalq artisti Alim Qasımov jurnalistlərə açıqlama verib. Qeyd edək ki, Alim Qasımov mayın 26-da final şousunun açılışında çıxış edəcək. Həmçinin Azərbaycan təmsilçisi Səbinə Babayeva finaldakı çıxışı zamanı "When the Music Dies" mahnısında Alim Qasımovla birgə xüsusi parça ifa edəcək və tamaşaçılara Azərbaycan musiqisinin elementlərini çatdıracaq.
"Bizim fikrimiz Eurovision tamaşaçılarına, gənc nəslə Azərbaycan muğamını təqdim etməkdir",-deyə Alim Qasımov bildirib.
Son xəbərlər
Son Xəbərlər