Baloğlan Əşrəfov “COVID-19”a yoluxub, vəziyyəti ağırdır

baloglan-esrefov-covid-19a-yoluxub-veziyyeti-agirdir
Oxunma sayı: 6478

Əməkdar artist Baloğlan Əşrəfov koronavirusa yoluxub. “Qafqazinfo” xəbər verir ki, bu barədə “Səhər Mərkəzi” proqramında məlumat verilib.

Bildirilib ki, 69 yaşlı müğənnidə 13 gün əvvəl “COVID-19” aşkarlanıb.

Qeyd olunub ki, B. Əşrəfovun səhhəti qaydasına düşmür. Belə ki, yaşı səbəbindən xəstəliyi ağır keçirir, təngnəfəslikdən əziyyət çəkir.