Banklar dolların alış qiymətini bahalaşdırır

banklar-dollarin-alis-qiymetini-bahalasdirir
Oxunma sayı: 13601

İqtisadçı ekspert Samir Əliyev bəzi banklarda dolların alış qiymətinin qalxması barədə məlumat paylaşıb.

Qafqazinfo”nun məlumatına görə, iqtisadçı bildirib ki, hazırda bəzi banklarda alış qiyməti Mərkəzi Bankın rəsmi məzənnəsi ilə eynidir.

Onun sözlərinə görə, dolların alış qiymətinin qalxması FED-in bu günlərdə açıqlanması gözlənilən qərarı ilə bağlı deyil: “İlin sonu olanda banklarda və əhalidə özünüqoruma instikti yaranır. Amma indi ilin əvvəlidir. Ona görə də hansı səbəbdən dolların alış qiymətinin bəzi banklarda qalxmasını araşdırmaq lazımdır. Maraqlı məsələ odur ki, satış bahalaşmayıb. Satış qiymətindəki limiti sanki aşmağa qoymurlar. Valyutadəyişmə məntəqələrində isə alış qiyməti həmişə banklarla müqayisədə baha olub.”

Həmçinin oxuyun: “Rüşvət məsələlərini Rüstəm Usubov həll edirdi” - General

Qeyd edilir ki, bu günlərdə ayrı-ayrı banklarda 1.60 və 1.65-dən başlayan dolların alış qiyməti 1.70-ə qaldırılıb. 

Məlumat üçün bildirək ki, hazırda Mərkəzi Bankın açıqladığı rəsmi məzənnəyə əsasən, dolların satış qiyməti 1.70-dir. 

Günel Türksoy