“Enfild lənəti” davam edir - Bu dəfə də Due zədələndi

enfild-leneti-davam-edir
Oxunma sayı: 321

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində keçirilən “Liverpul” - PSJ (0:2) matçında Paris təmsilçisinin gənc istedadı Dezire Due meydan kənarındakı mikrofona ilişərək ciddi zədə alıb və oyunu davam etdirə bilməyib.

“Qafqazinfo” xəbər verir ki, bu hadisə dünyanın ən məşhur stadionlarından biri olan “Enfild”də yaşanan ilk oxşar bədbəxt hadisə deyil.

Belə ki, Liverpul təmsilçisinin doğma meydanı son dövrlər futbolçuların aldığı qeyri-adi zədələrlə gündəmə gəlməyə başlayıb. Stadionda daha əvvəl də ulduz futbolçuların sıradan çıxmasına səbəb olan hadisələr qeydə alınıb. Bundan əvvəl “Qalatasaray”ın oyunçusu Noa Lanq meydan kənarındakı reklam panellərinə dəyərək barmağından ağır xəsarət almışdı. Azarkeşlərin yaddaşında qalan ən dramatik və ağır hadisə isə ulduz hücumçu Viktor Osimhenin başına gəlib. O, meydandakı mübarizə zamanı yıxılaraq qolunu qırmışdı.

Qeyd edək ki, D. Duenin də oxşar şəkildə meydan kənarındakı avadanlığa ilişərək zədələnməsi “Enfild”dəki uğursuzluq seriyasının davamı kimi qiymətləndirilir.