ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vensin İranla mümkün danışıqların ikinci mərhələsinə rəhbərlik edəcəyi gözlənilir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə danışıqlardan məlumatlı mənbələr CNN-ə bildiriblər.
Mənbələrin sözlərinə görə, gələn həftə atəşkəs müddəti başa çatmazdan əvvəl tərəflər arasında növbəti üzbəüz görüş baş tutarsa, Vens ABŞ nümayəndə heyətinə rəhbərlik edəcək.
Bildirilir ki, ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və onun kürəkəni, daha əvvəl diplomatik səylərə rəhbərlik etmiş Cared Kuşner də mümkün görüşdə iştirak edə bilərlər.
Məlumata görə, Tramp münaqişənin diplomatik yolla həlli üçün əsas üç müşavirinə – Vens, Uitkoff və Kuşnerə etibar edir. Onlar ötən şənbə keçirilmiş 21 saatlıq marafon danışıqlardan sonra iranlı tərəf və vasitəçilərlə əlaqələri davam etdirirlər.
CNN daha əvvəl ABŞ rəsmilərinin mümkün ikinci görüşün detalları üzərində daxili müzakirələr apardığını bildirmişdi. Lakin hələlik belə bir görüşün keçirilib-keçirilməyəcəyi dəqiq deyil.
Tramp isə bildirib ki, ABŞ və İranın danışıqları bərpa etmək səyləri çərçivəsində yaxın iki gün ərzində Pakistanda müəyyən irəliləyiş ola bilər.
ABŞ rəsmilərindən biri CNN-ə açıqlamasında qeyd edib ki, gələcək danışıqlar müzakirə olunsa da, hazırda konkret plan mövcud deyil.
Son xəbərlər
Son Xəbərlər