“Barselona” Valverdeni göndərir

barselona-valverdeni-gonderir
Oxunma sayı: 1528

"Barselona" baş məşqçisi Ernesto Valverde ilə yolları ayıracaq.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, 55 yaşlı mütəxəssisin müqaviləsinə xitam verilməsi barədə qərar qəbul edilib. İspaniyalı mütəxəssis sabah komanda üzvləri ilə vidalaşacaq.

Məlumata görə, katalonların yeni baş məşqçisi Kike Setye olacaq. Onunla mövsümün sonuna qədər müqavilə imzalanacaq. 61 yaşlı çalışdırıcının son iş yeri "Betis" olub.