“Barselona” yeni transferini açıqladı

barselona-yeni-transferini-aciqladi
Oxunma sayı: 2011

İspaniyanın “Barselona” klubu İngiltərənin “Mançester Siti” klubundan Ferran Torresi transfer edib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə La Liqa nəhənginin rəsmi saytı məlumat yayıb.

Tərəflər arasındakı müqavilənin müddəti 2027-ci ilin yayına qədərdir. Həmin vaxtdan öncə ispaniyalı futbolçunu transfer etmək istəyən klub “Barselona”ya 1 milyard avro təzminat ödəməlidir.

Xatırladaq ki, Ferran Torres 2020-ci ilin avqustundan “Mançester Siti”də çıxış edib.