Baş həkim işdən çıxarıldı

bas-hekim-isden-cixarildi
Oxunma sayı: 6674

Göyçay Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Famil Zeynalov vəzifəsindən azad edilib.

QafqazinfoReport-a istinadən xəbər verir ki, onun yerinə səhiyyə naziri Oqtay Şirəliyevin əmri ilə Elçin Bilalov təyin olunub.

Qeyd edək ki, E.Bilalov Göyçayda fəaliyyət göstərən "Təbabət" klinikasının rəhbəri olub.

Xatırladaq ki, iki gün öncə nazir O. Şirəliyevin əmri ilə Mərkəzi Klinik Xəstəxananın baş direktoru vəzifəsində çalışan Azərbaycan Bəstəkarlar İttifaqının mərhum sədri, xalq artisti Vasif Adıgözəlovun oğlu Toğrul Adıgözəlov da vəzifəsindən azad olunmuşdu.