“Baş nazirin proqnozu düz çıxsa, şəhərdə çılpaq gəzəcəyəm”

bas-nazirin-proqnozu-duz-cixsa-seherde-cilpaq-gezeceyem
Oxunma sayı: 4266

“Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin proqnozları düz çıxsa, Rustaveli prospektində çılpaq gəzəcəyəm”.

“Qafqazinfo” xəbər verir ki, bunu ölkənin Beynəlxalq Ticarət Palatasının sədri Fadi Asli öz feysbuk hesabında yazıb.

İ.Qaribaşvili dekabrın 6-sı hökumətin iclasında bildirib ki, gələn il ölkə iqtisadiyyatının ümumi həcmi 65 milyard lari təşkil edəcək. Onun sözlərinə görə, bu isə o deməkdir ki, adambaşına düşən ÜDM (Ümumi Daxili Məhsul) 5,5 min dolları keçəcək ki, bu da tarixi maksimum olacaq.

“2013-2020-ci illərdə adambaşına düşən ÜDM-nin artımı dollarla sıfır faiz idi, indi isə cəmi bir ildən sonra baş nazir onu 15%-ə yüksəltmək fikrindədir? 2022-ci ildə adambaşına düşən ÜDM 5500 dollara çatsa, söz verirəm ki, Rustaveli prospektində çılpaq gəzəcəm”, - deyə Asli bildirib.