Baş obrazlardan biri “Yasak elma” ilə vidalaşır

bas-obrazlardan-biri-yasak-elma-ile-vidalasir
Oxunma sayı: 3590

Fox TV-də yayımlanan məşhur “Yasak elma” serialının baş qəhrəmanlarından biri ekran işindən ayrılacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə KİV orqanları məlumat yayıb. Qeyd olunub ki, prodüserlər layihədə rol alan Nəsrin Cavadzadə (Şahika) və Şevval Sam (Ender) arasında seçim etmək qərarına gəlib.

Bu sezonun sonunda finalı gözlənilən serialda iki obrazdan biri növbəti bölümlərdə ssenariyə uyğun olaraq dünyasını dəyişəcək. İddiaya görə, sözügedən şəxs N. Cavadzadədir.