Baş Prokurorluq jurnalistlər üçün təlim keçirdi - Foto

bas-prokurorluq-jurnalistler-ucun-telim-kecirdi
Oxunma sayı: 1503

Bu gün Baş Prokurorluqda media subyektləri və jurnalistlər üçün “Cinayət təqibi, media və vətəndaş cəmiyyəti institutlarının qarşılıqlı əlaqələrinin müasir tendensiyaları” mövzusunda təlim keçirilib.

“Qafqazinfo” xəbər verir ki, təlimdə Baş Prokurorluğun Mətbuat xidmətinin əməkdaşları, Medianın İnkişafı Agentliyində şöbə müdiri Natiq Məmmədli, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev və müxtəlif media qurumlarını təmsil edən jurnalistlər iştirak edib. İnteraktiv təlimdə prokurorluq orqanlarında həyata keçirilən kommunikasiya siyasəti barədə ətraflı məlumat verilib, işin səmərəliliyinin artırılması yönündə media nümayəndələrinin təklifləri dinlənilib, o cümlədən mövzu ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb.

Vətəndaşların operativ və düzgün məlumatlandırılması məqsədilə təşkil olunmuş interaktiv təlim zamanı həmçinin, jurnalistləri maraqlandıran suallar cavablandırılıb, bu cür təlimlərin davamlı olmasının zəruriliyi qeyd edilib.