Baş Prokurorluqda daha bir təyinat

bas-prokurorluqda-daha-bir-teyinat
Oxunma sayı: 3180

Baş Prokuror Zakir Qaralov Anar Nəsibova yüksək vəzifə verib.

 “Qafqazinfo” xəbər verir ki, bu barədə Baş Prokurorluğun veb saytının müvafiq bölməsində məlumatlar yenilənib. 

Baş Prokurorluğun Mətbuat xidməti faktı təsdiqləyib.

Z. Qaralov Bakı Şəhər Prokurorluğunun Dövlət ittihamının  müdafiəsi üzrə şöbəsinin rəisi, baş ədliyyə müşaviri Nəsibov Anar Yusif oğlunu tutduğu vəzifədən azad edib.  Zakir Qaralovun digər əmriylə A. Nəsibov Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi  üzrə idarəsinin rəis müavini vəzifəsinə gətirilib.