Başına daş atıb tüfənglə ayağını yaraladı

basina-das-atib-tufengle-ayagini-yaraladi
Oxunma sayı: 2572

Sabirabad rayonunun Əhmədabad kəndi ərazisində kənd sakini Q.İsgəndərov xuliqanlıq zəminində qonşusu N.Səftərovun baş nahiyəsinə daşla xəsarət yetirib və ov tüfəngindən açdığı atəşlə ayaq nahiyəsindən xəsarət yetirib. 

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, xəstəxanaya yerləşdirilən N.Səftərovun vəziyyəti qənaətbəxşdir.

Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Q.İsgəndərov saxlanılıb və ondan müvafiq sənədləri olmayan 1 ədəd “TOZ-16” markalı tüfəng götürülüb.