Batumidə 4 nümayişçi saxlanıldı

batumide-4-numayisci-saxlanildi
Oxunma sayı: 658

Gürcüstan polisi Batumidə seçki islahatlarının uğursuzluğuna qarşı çıxan 4 etirazçını saxlayıb. “Qafqazinfo”nun xəbərinə görə, bu barədə “Birinci kanal” məlumat yayıb.

Bu gün səhər saatlarında keçmiş iqtidar partiyası olan “Vahid Milli Hərəkatın” fəalları Batumidə Acarıstan Muxtar Respublikasının hökumət binasının girişini bağlamağa cəhd edərək bir nəfərin belə binaya girməsinə icazə verməyəcəklərini bildiriblər.

Polis bir neçə dəfə aksiya iştirakçıları girişini açmağa çağırıb, ardınca dörd etirazçını hüquq-mühafizə orqanları nümayəndəsinin qanuni tələbinə tabe olmadığına görə saxlayıb.

Qeyd edək ki, bu yay Gürcüstan hakimiyyəti Tbilisinin mərkəzində etirazçıların təzyiqi altında qarışıq parlament seçkilərindən proporsional sistemə keçəcəyinə söz verib. Lakin ötən gün Konstitusiyaya dəyişikliklər üçün keçirilən səsvermə nəticəsiz olub.