BAU-nun tələbələri xeyriyyə aksiyasına qoşuldular

bau-nun-telebeleri-xeyriyye-aksiyasina-qosuldular
Oxunma sayı: 753

Bakı Avrasiya Universitetinin tələbələri leykoz xəstəliyindən əziyyət çəkən 3 yaşlı Məhəmmədə dəstək aksiyasına qoşulublar.

“Qafqazinfo”nun məlumatına görə, universitet tələbələri “Tasty Ella” və “Leyla Həsən Handmade” sərgi təşkilatçılarına dəstək üçün bir araya gəliblər.

Təşkilatçılar tərəfindən başlanılan xeyriyyə aksiyasında əl işlərinin satışını təşkil edən BAU-nun tələbələri  “Bakı görüşləri” tədbiqi-incəsənət sərgisində “Məhəmmədə dəstək olaq” xeyriyyə aksiyasına qoşulublar.

Məlumat üçün qeyd edək ki, aksiya hər həftə təşkil olunur və təşkilatçılar tərəfindən xəstə və imkansız uşaqlara yardımlar edilir.