“Bavariya”dan “Qarabağ”a təbrik

bavariyadan-qarabaga-tebrik
Oxunma sayı: 650

Almaniya Bundesliqasının bu mövsüm qalibi olan “Bavariya” klubu “Qarabağ”ı çempionluq münasibəti ilə təbrik edib.

"Qafqazinfo" klubun saytına istinadən xəbər verir ki, İdarə heyətinin sədri Karl Haynz Rumminegin klubumuza ünvanladığı məktubda deyilir:

“Bavariya” klubu adından “Qarabağ”ı 2016/17-ci illər mövsümündə Azərbaycan Premyer Liqasının qalibi olmağı münasibətiylə təbrik edirəm”.