Bayden Tixanovskaya ilə görüşdü

bayden-tixanovskaya-ile-gorusdu
Oxunma sayı: 2336

ABŞ Prezidenti Co Bayden Belarusun müxalifət lideri Svetlana Tixanovskaya ilə görüşüb.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, görüşün detalları açıqlanmır. Ehtimal olunur ki, görüşdə ABŞ-ın rəsmi Minsklə müxalifət arasında danışıqlarda vasitəçi olması məsələsi müzakirə edilib.

Qeyd edək ki. Tixanovskaya iyulun 18-də ABŞ-a yola düşüb. O, daha əvvəl ABŞ Dövlət Katibi Entoni Blinkenlə, Baydenin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Salivvanla və ABŞ-ın Belarusdakı səfiri Culi Fişerlə görüşüb.