“Bayer”lə sonrakı məhələlərdə qarşılaşsaydıq, daha yaxşı olardı”

bayerle-sonraki-mehelelerde-qarsilassaydiq-daha-yaxsi-olardi
Oxunma sayı: 1140

“Bayer”lə yenidən oynamaq çox xoşdur”. “Qafqazinfo” xəbər verir ki, bunu “Qarabağ”ın qapıçısı Andrey Lunyov Rusiya mətbuatına açıqlamasında deyib.

Almaniya klubunun sabiq qolkiperi Avropa Liqasının 1/8 final mərhələsində yenidən leverkuzenlilərə rəqib olmalarını dəyərləndirib: “Bu, sonrakı mərhələlərdə baş versəydi, daha yaxşı olardı.

Fikrimcə, indi işimiz nisbətən asan olacaq. Bəzi üstünlüklər var. Onlarla iki dəfə qarşılaşmışıq, tanış komandadır. “Bayer”ə qarşı necə oynaya biləcəyimizi, onların güclü və zəif tərəflərini bilirik. Mənfi cəhətləri də var. İstənilən rəqibə qarşı oynaya bilərsən və oynamalısan”.

Qeyd edək ki, Andrey Lunyov “Qarabağ”a mövsümün əvvəlində məhz “Bayer”dən keçib. Bu komandalar arasında oyunlar martın 7-də və 14-də keçiriləcək.