Bayram gecəsi administratoru olduğu klubun qarşısında öldürüldü - Yenilənib

bayram-gecesi-administratoru-oldugu-klubun-qarsisinda-olduruldu
Oxunma sayı: 5747

Səbail rayonunun Bayıl qəsəbəsində yerləşən “Purple Karaoke & Live Bar” gecə klubunun qarşısında qətl törədilib.

“Qafqazinfo” xəbər verir ki, müştərilər arasında baş verən mübahisə qanla bitib.

Yanvarın 1-i gecə 2 radələrində 36 yaşlı H.Məcidovla 32 yaşlı Emil Rəcəbli arasında klubda mübahisə yaranıb. Daha sonra obyektin qarşısında H.Məcidov E.Rəcəblini bıçaqlayıb. Ağır xəsarət alan sonuncunun həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanaya aparılarkən yolda ölüb.

Hadisəni törətməkdə şübhəli bilinən H.Məcidov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda ilkin istintaq hərəkətləri aparılır.

***

News24.az-ın məlumatına görə, E.Rəcəbli sözügedən klubun administrator olub.