Bayram günü qazi əməkdaşlarına sürpriz etdilər - Video - Fotolar

bayram-gunu-qazi-emekdaslarina-surpriz-etdiler
Oxunma sayı: 2481

Bu gün xalqımız 26 İyun - Silahlı Qüvvələr Gününü işğaldan azad olunmuş torpaqlarımızda şərəf və qürur hissi ilə qeyd edir. 44 günlük Vətən müharibəsində Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin başçılığı ilə Azərbaycan ordusu tarix yazıb. Bu tarixin hər səhifəsinə isə şəhidlərimizin və qazilərimizin adları qızıl hərflərlə yazılıb.

“Qafqazinfo” xəbər verir ki, “166 Yükdaşıma və Logistika” və “156 Evakuasiya” şirkəti bu gün münasibətilə 44 günlük Vətən müharibəsində torpaqlarımızın azad olunması uğrunda vuruşan qazi əməkdaşları ilə görüş keçirib.

Tədbirdə, həmçinin “156 Evakuasiya” xidmətinin əməkdaşı olmuş şəhid Murad Məmmədovun qardaşı iştirak edib.

Şirkət rəhbərliyi onları daim diqqətdə saxladığını bildirərək, bayram münasibətilə qaziləri təbrik edib. Qazilər isə, öz növbəsində, göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildirib.

Sözügedən gündən görüntüləri təqdim edirik: