Bayramov latviyalı həmkarı ilə regionda baş verən son hadisələri müzakirə etdi

bayramov-latviyali-hemkari-ile-regionda-bas-veren-son-hadiseleri-muzakire-etdi
Oxunma sayı: 896

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) 78-ci Baş Assambleyası çərçivəsində latviyalı həmkarı Krisjanis Karins ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə XİN başçısı "X" hesabında məlumat yayıb.

“Qarşılıqlı fikir mübadiləsi aparıldı. Biz əməkdaşlıq perspektivlərini və regionda baş verən son hadisələri müzakirə etdik.

Münaqişədən sonrakı sülh prosesinə və erməni sakinlərinin cəmiyyətimizə reinteqrasiyasına sadiqliyimizi bir daha təkrarladıq”, - deyə C.Bayramov qeyd edib.