Bayramov Özbəkistan prezidenti ilə görüşdü - Foto

bayramov-ozbekistan-prezidenti-ile-gorusdu
Oxunma sayı: 1292

Xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan XİN “X” hesabında paylaşım edib.

Görüş Səmərqənd şəhərində keçirilən UNESCO-nun Baş Konfransının 43-cü sessiyası çərçivəsində baş tutub.

C.Bayramov Özbəkistanı bu nüfuzlu qlobal tədbirə uğurla ev sahibliyi etməsinə və mükəmməl təşkilinə görə səmimi qəlbdən təbrik edib.