“Bazarstore”da lift şaxtasına düşən qız öldü

bazarstoreda-lift-saxtasina-dusen-qiz-oldu
Oxunma sayı: 6504

Mayın 10-da Gəncə şəhərində yerləşən “Bazarstore” mağazasında lift şaxtasına düşən qız ölüb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, supermarketdə satıcı işləyən 1997-ci il təvəllüdlü Arzu Əliyeva mağazanın yük liftinin şaxtasına yıxılıb. Ona qabırğaların çoxsaylı sınığı və daxili qanaxma diaqnozu qoyulub. Mayın 18-i günorta saatlarında A.Əliyeva xəstəxanada vəfat edib.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.

Murad Əhməd