Britaniya mətbuatı Tale Heydərovdan əl çəkmir

britaniya-metbuati-tale-heyderovdan-el-cekmir
Oxunma sayı: 657





Son zamanlar Qərb ölkələrində fəliyyət göstərən lobbi təşkilatları və onlarla əməkdaşlıq edən hökumətlər elə həmin ölkələrin, dünyanın digər nüfuzlu mətbuat orqanları tərəfindən sərt tənqid olunurlar. Bu sırda olanlardan biri də İngiltərədir.

İngiltərədə yayımlanan Avropanın nüfuzlu qəzetlərindən biri “The Guardian” bu ölkədə fəaliyyət göstərən lobbi təşkilatların hökumətlə əlaqələrinə dair məqalə dərc edib. Məqalədə lobbi təşkilatların hökumət və onun müxtəlif strukturları ilə əməkdaşlığına dair araşdırmalar yer alıb. Araşdırmada lobbi təşkilatları arasında Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərovun rəhbərlik etdiyi Avropa Azərbaycanlıları Cəmiyyətinin adı da hallanır.

Qəzet yazır ki, Tale Heydərovun başçılıq etdiyi təşkilat azad olmayan ölkələr sırasında dayanan, avtoritar idarəçilik sisteminin mövcud olduğu Azərbaycanın dünya arenasında müsbət imicinin formalaşdırılması istiqamətində xüsusi fəallıqla çalışır. Məqaladə rəsmi Bakının insan haqları və demokratiyanın vəziyyətinə görə Qərb dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən sərt tənqid olunduğu xatırlanır.

Əlavə edək ki, son zamanlar İngiltərə mediasında bu tip məqalələr inntensiv xarakter alıb. Şübhəsiz ki, burada məqsəd avtoritar rejimlərə lobbiçilik edən təşkilatların Qərb ölkələrində fəaliyyətini ifşa etməkdir.
Onu da xatırladaq ki, ABŞ prezidenti Barak Obama seçkiləndən dərhal sonra lobbiçilərin Ağ Evlə işləməsini qadağan etmişdi. Məhz bundan sonra həm ABŞ-ın, həm də Avropanın rəsmi dairələrində avtoritar rejimlərin lobbiçiliyini həyata keçirən təşkilatlar və onlarla əməkdaşlıq edən rəsmilərin fəaliyyətində ciddi axsamalar müşahidə olunub. Son zamanlar bu mövzuda tənqidlərin səngiməməsi deməyə əsas verir ki, avtoritar rejimlərə xidmət edən lobbiçiləri, rəsmi və qeyri-rəsmi şəxsləri çətin günlər gözləyir.

“Azadlıq” qəzeti