BDU-ya yeni prorektor təyin olundu

bdu-ya-yeni-prorektor-teyin-olundu
Oxunma sayı: 6098

“Azərsu” ASC-nin “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun direktor müavini, coğrafiya elmləri doktoru, professor Fərda İmanov bundan sonra fəaliyyətini Bakı Dövlət Universitetinin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru vəzifəsində davam etdirəcək. 

"Qafqazinfo" xəbər verir ki, iyulun 26-da “Sukanal” ETLİ-də tədbir keçirilib. “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov Fərda İmanovu yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edərək, onun “Azərsu” ASC-də səmərəli əmək fəaliyyətinin rəhbərlik tərəfindən qiymətləndirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Su təsərrüfatının inkişafındakı xidmətlərinə görə Fərda İmanova “Azərsu” ASC-nin Fəxri fərmanını və xatirə hədiyyəsini təqdim edib.

Sonda Fərda İmanov çıxış edərək, göstərilən diqqət və qayğıya görə “Azərsu” ASC-nin, eləcə də “Sukanal” ETLİ rəhbərliyinə və kollektivə dərin minnətdarlığını bildirib.