Əcnəbi teleserialların yayımına məhdudiyyət qoyuldu

<b>Əcnəbi teleserialların yayımına məhdudiyyət qoyuldu</b>
Oxunma sayı: 276

“Azerimuslims.com” “Bi-Bi-Si”nin Rusiya xidmətinə istinadən bildirir ki, Çin hökuməti ölkənin teleməkanında əcnəbi çoxhissəli bədii filmlərə ayrılan efir vaxtının azaldılması ilə bağlı qərar qəbul edib. Telekanallara göndərilən təlimatda saat 19:00-dan 22:00-dək heç bir əcnəbi teleserialın nümayiş etdirilməməsi ilə bağlı əmr öz əksini tapıb.

Məlumat üçün deyək ki, Çin rəhbərliyi bir müddət əvvəl ölkə əhalisinin Qərb mədəniyyətinə maraq göstərməsi təhlükəsi yarandığından dolayı bir sıra əyləncəli verilişlərin yayımına qadağa qoymuşdu.

azerimuslims


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi