“Belə getsə, spiker iclaslara “salam əleyküm” sözləri ilə başlayacaq” - Petrosyan

bele-getse-spiker-iclaslara-salam-eleykum-sozleri-ile-baslayacaq
Oxunma sayı: 4933

“Əgər Ermənistanın Baş naziri Nikol Paşinyan qalsa, parlament spikerinin iclaslara “salam əleyküm” sözlərilə başlamasına təəccüblənməyəcəyəm”.

“Qafqazinfo” “Arminfo”ya istinadən xəbər verir ki, bu sözləri brifinq zamanı “Çiçəklənən Ermənistan” fraksiyasından olan deputat Gevork Petrosyan deyib.

O qeyd edib ki, Naira Zoqrabyanı deputat mandatından məhrum etmək qərarı ilə ölkə rəhbərliyi Ermənistan Konstitusiyasını pozur.

“Konstitusiyada deyilir ki, qanun qarşısında hamı bərabərdir. Əgər “zibil” sözü belə dərin təhqir hesab edilirsə, nə üçün bundan pis ifadələr istifadə edən Ermənistanın Baş naziri barəsində müvafiq proseslər həyata keçirilmir.

Həmçinin deputatın parlament komissiyasının rəhbəri vəzifəsindən məhrum edilməsi o halda həyata keçirilə bilər ki, insanın deputat səlahiyyəti qurtarsın və ya özü tutduğu vəzifədən imtina etsin. Naira Zoqrabyanın vəziyyətində bunların heç biri olmadı. Bu, Konstitusiya quruluşunun növbəti dəfə devrilməsidir”, - Petrosyan vurğulayıb.