Bella repçi sevgilisindən ayrıldı

bella-repci-sevgilisinden-ayrildi
Oxunma sayı: 1410

Dünyaca məşhur aktrisa Bella Torn və repçi sevgilisi Tana Monqo ayrılıb.  “Qafqazinfo” xarici KİV-ə istinadən məlumat  verir ki, xəbərlər Bellanın Los-Ancelesdə keçirilən “City Gala Oscars” tədbirinə tək qatılmasından sonra yayılıb. 

Aktrisa mediada dərc edilən məqalələrdən sonra instaqramda açıqlama yayıb: “Tana və mən ayrılmışıq. Xahiş edirəm, artıq sual verməyin. Sizi sevirəm”. 

Bellanın ardınca Tana da sosial şəbəkədəki hesabında post paylaşaraq “Onu sonsuzadək sevəcəm. Həyatımı dəyişdirdi. Artıq söz yazmaq istəmirəm, kədərliyəm” – şərhini yazıb.