Bakıda məişət tullantıları yandı, bir nəfərin meyiti tapıldı

bakida-meiset-tullantilari-yandi-bir-neferin-meyiti-tapildi
Oxunma sayı: 2323

Bakının Xətai rayonunda açıq ərazidə 15 m² sahədə məişət tullantıları yanıb.

Bu barədə “Qafqazinfo”ya Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumata görə, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.