Tarixində ilk dəfə Çempionlar Liqasında iştirak edəcək

tarixinde-ilk-defe-cempionlar-liqasinda-istirak-edecek
Oxunma sayı: 12082

İspaniya La Liqasının 34-cü turunda “Jirona” “Barselona”nı qəbul edib və rəqibi üzərində 4:2 hesablı qələbə qazanıb.

“Qafqazinfo” xəbər verir ki, “Jirona” bu qələbə sayəsində xallarının sayını 74-ə çıxarıb və “Barselona”nı 1 xal qabaqlayaraq 2-ci pilləyə yüksəlib. 

Bu nəticə həm də “Jirona”ya tarixində ilk dəfə Çempionlar Liqasında iştirak etmək hüququ tanıyıb. Uğurlu çıxış edən komanda növbəti mövsüm ÇL-də mübarizəyə qrup mərhələsindən başlayacağını artıq rəsmiləşdirib.