Bella sevgilisi ilə ayrıldı

bella-sevgilisi-ile-ayrildi
Oxunma sayı: 267

Məşhur model Bella Hadid və kovboy sevgilisi Adan Banuelos yollarını ayırıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 29 yaşlı Hadidlə 36 yaşlı Banuelos arasında iki ildən çox davam edən münasibətin bitdiyi məlum olub.

“Ayrılandan bəri Bella pozitiv qalmağa və diqqətini yayındırmağa çalışır. O, işi ilə məşğul olur və yaxın dostları ilə vaxt keçirir. Bu, çox ciddi bir münasibət olduğu üçün hələ də ayrılığın təsirindən çıxmağa çalışır”, - deyə “Entertainment Tonight”a danışan bir mənbə deyib.

Qeyd edək ki, Bella Hadid və Adan Banuelos ilk dəfə 2023-cü ilin oktyabrında birlikdə görüntülənib və 2024-cü ilin fevralında münasibətlərini elan etmişdilər.