Bərdə şəhidinin doğum günü qeyd olundu - Fotolar

berde-sehidinin-dogum-gunu-qeyd-olundu
Oxunma sayı: 1541

Bərdə rayon Mirzalıbəyli kəndinin Vətən müharibəsi şəhidi Yusibov Elməddin Mahir oğlunun doğum günüdür. Şəhidimizin 26 yaşı tamam olub.

"Qafqazinfo" xəbər verir ki, bu münasibətlə rayon İcra Hakimiyyəti başçısının müavini, YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya, rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir Səfərov, YAP Bərdə rayon təşkilatının Baş məsləhətçisi Səba Məmmədova rayonun Mirzalıbəyli kəndindən şəhid - əsgər Yusibov Elməddin Mahir oğlunun ailəsini ziyarət etmiş, rayon icra başçısı Vidadi İsayevin başsağlığını şəhidin ailəsinə çatdırmış, onların problem və çətinlikləri ilə maraqlanmış və bəzi problemləri yerindəcə həll edilib.

Əsgər Yusibov Elməddin sentyabrın 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücum zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak etmiş və oktyabrın 30-da orada şəhidlik zirvəsinə ucalıb. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə əsgər Yusibov Elməddin Mahir oğlu ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Qeyd edək ki, şəhidin qardaşı Məhəbbət Yusibov da Vətən müharibəsi iştirakçısı olub.

Şəhid Elməddin Yusibovun atası Mahir Yusibov, anası Nigar Abdullayeva oğulları Elməddinin hərbidəki xidmətlərindən və ömür yolundan söz açıblar. Onlar Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyeva tərəfindən dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.