Ərdoğan canlı yayımda mahnı sifariş etdi - Video

erdogan-canli-yayimda-mahni-sifaris-etdi-video
Oxunma sayı: 717

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın daha bir maraqlı hərəkət türk mediasını bəzəyib. Baş nazir canlı yayında musiqiçiyə sifariş verib.

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən xəbərinə görə, Ərdoğan Kanal 24-də yayımlanan “Müzik ve Yaşam” proqramını izləyib. Proqrama qonaq kimi klarnet ifaçısı Serkan Çağrı dəvət olunub. Baş nazir reklam arasında aparıcı Hakan Çelikə zəng vuraraq verilişin bitib-bitməməsini soruşub? Aparıcıdan verilişin reklamdan sonra davam edəcəyini öyrənən Ərdoğan türk musiqisini çox sevdiyini və klarnetçinin ifasını bəyəndiyini deyib.

Hakan Çelikin “Sizin üçün hansı mahnını ifa etməsini istərdiniz?” sualına isə Ərdoğan, “Serkan Çağrının könlündən hansı keçərsə” cavabını verib.

S. Çağrı “Nazende Sevgilim”i səsləndirərək baş naziri feyziyab edib.

Nigar