Ermənistandan Azərbaycan əsgərinin yaralanmasına reaksiya

ermenistandan-azerbaycan-esgerinin-yaralanmasina-reaksiya
Oxunma sayı: 646

“Qafqazinfo”nun Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, iyunun 15-dən 16-na keçən gecə Tovuz istiqamətində Tərtərin Seyidimli kənd sakini 21 yaşlı Orucov Elçin Raquf oğlu qarşı tərəfin açdığı atəş nəticəsində yaralanmışdı. Neytral zonada olan əsgərimizin axtarışları hələ də davam etdirilir.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Arçrun Ovannisyan bildirib ki, Ermənistan tərəfi atəşkəs rejiminin pozulması faktını qeydə almayıb, həmçinin itki yoxdur: “Əgər yaralanma baş veribsə , bu düşmənin provakasiya hərəkətlərinin sübutu olacaq. İnsidentin harada baş verməsindən asılı olmayaraq günah birbaşa olaraq Azərbaycan tərəfinin üzərindədir”.