“Beşbarmaq”dakı mağazada qəfil öldü

besbarmaqdaki-magazada-qefil-oldu
Oxunma sayı: 2886

Siyəzəndə mağazada ölüm hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə dünən saat 23:30 radələrində rayonun Qalaşıxlı kəndində “Beşbarmaq” pirinin altı adlanan ərazidə yerləşən marketdə qeydə alınıb.

Siyəzən şəhər sakini 1970-ci il təvəllüdlü Azər Məmməd oğlu Məmmədov işlədiyi mağazada qəflətən ölüb.

Faktla bağlı Siyəzən Rayon Prokurorluğunda araşdırma aparılır.