Bəy toy günü qətlə yetirildi

bey-toy-gunu-qetle-yetirildi-
Oxunma sayı: 652

Rayon Prokurorluğundan milli.az-a verilən məlumata görə, Hövsan qəsəbəsində yaşayan 35 yaşlı Elşən Qasımov naməlum şəxs tərəfindən döyülərək öldürülüb.

E.Qasımov evinin həyətinin yaxınlığında naməlum şəxslər tərəfindən ölümcül döyülüb. Sürünərək bir qədər gedib və evindən kənarda huşunu itirib. Ağır vəziyyətdə xəstəxanaya aparılan gənc orada dünyasını dəyişib.

Ağır vərəm xəstəsi olan E.Qasımovun bu gün toyu olmalıydı. Onun kim tərəfindən döyülməsi məlum deyil.

Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır xəsarət vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma (126.3-ci) maddəsi ilə cinayət işi başlanıb.