Beyləqandakı qəzada ata öldü, oğlu yaralandı

beyleqandaki-qezada-ata-oldu-oglu-yaralandi
Oxunma sayı: 1629

Beyləqan rayonunun Allahyarlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, qəza mayın 28-də saat 10 radələrində qeydə alınıb. 

Yuxarı Aran kənd sakini Fərəc Qasımovun idarə etdiyi “QAZ-3110” və Füzuli rayon sakini E.Eyvazovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. 

Nəticədə F.Qasımov və sərnişini olan oğlu xəstəxanaya yerləşdirilib, ata orada ölüb.

Beyləqan RPŞ tərəfindən araşdırma aparılır.