“Bəzən depressiyadan əziyyət çəkirəm”

bezen-depressiyadan-eziyyet-cekirem
Oxunma sayı: 2026

Amerikalı sahibkar İlon Mask bəzən depressiyadan əziyyət çəkdiyini və dərman qəbul etdiyini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “CNN” telekanalı yayıb.

“Bəzən beynimdə depressiya kimi bir növ mənfi kimyəvi vəziyyət yaranır”, - deyə iş adamı qeyd edib. 

O əlavə edib ki, bu halla mübarizə aparmaq üçün ona dərman vasitələri kömək olur: “Çünki adətən gündə 16 saat işləyirəm”. 

Telekanal Maskın öz depressiyasının anadangəlmə olduğunu hesab etdiyini də vurğulayıb.