“Hər oyunun öz stili var” – Azərbaycanlı futbolçu

her-oyunun-oz-stili-var-azerbaycanli-futbolcu
Oxunma sayı: 641

- Artıq məşqlərə başlamısınız. İlk məşq necə keçdi?
- Məşqimiz yaxşı keçir. Hər şey yaxşıdır. Bu gün səhər də bir məşqmiz olub. Axşam yenə məşq edəcəyik. Komanda gündə iki dəfə məşq edəcək.

- Komanda da əhval-ruhiyyə necədir?
- Komanda da ruh yüksəkliyi var. Hələ məşqlərimizə “Neftçi”dən də futbolçular qatılacaq. Bu zaman milli tam şəkildə məşq edəcək.

- Berti Foqts komandanı yenə müdafidə oynatmaq fikrindədir?
- Düzü, biz hələ o mərhələyə çatmamışıq. Taktika barədə məlumat verilməyib. Hələ fiziki hazırlıqlar gedir. Toplarla da məşqimiz olur. Ancaq hələ ki, ən əsas fiziki hazırlıqlara üstünlük veririk. Şimali İrlandiya millisinin futbolçuları hündür boyludur. Ona görə də biz hündürə oynamaq üçün məşqlər edirik.

- Ümumiyyətlə, sizin üçün “müdafiə futbolu” anlayışı var?
- Elə oyun var ki, müdafiədən oynayırsan, elə oyun var ki, hücuma keçirsən. Hər oyunun öz stili var. Rəqib komandaya uyğun olaraq taktika müəyyənləşir ki, oyun müdaifədə qurulsun, yoxsa hücumda.

- Səfər oyunlarında futbolçularımızın çoxu hava şəraitindən şikayətlənir. Şimalin İrlandiyanın havası da yağışılı və küləkli olur. Bu oyununuza təsir edə bilər?
- Mən bir dəfə oyunlar üçün ora getmişəm. Havası soyuq ölkədir. Ancaq bu bizə mane ola bilməz. Çünki futbolçu üçün havanın fərqi olmamalıdır.

- Berti Foqts indiyə kimi qarşılaşdığınız Portuqaliya, Rusiya yığmasının yox, Şimali İrlandiyanın sizinlə eyni səviyyədə olduğunu bildirib. Deməli, azarkeşlər sizdən qələbə gözləyə bilər?
-İnşaallah. Qabaqcadan bir söz demək çətindir. Ancaq ümid edirəm ki, biz oradan yaxşı nəticə ilə dönəcəyik. Yəni ya qələbə qazanacağıq ya da heç-heçə edəcəyik.

Sevinc Mənsimli