Hökumətlə bağlı bəyanat verildi - Mətn

hokumetle-bagli-beyanat-verildi-metn
Oxunma sayı: 649

“Qafqazinfo”nun məlumatına görə, bəyanatda 2010-cu ilin yazında baş vermiş Kür-Araz daşqınlarından 2 ilə yaxın vaxt keçməsinə və daşqınların fəsadlarının aradan qaldırılması istiqamətində dövlət büdcəsindən xeyli vəsait ayrılmasına baxmayaraq hadisənin törətdiyi problemlərin bir çoxunun həll olunmadığı bildirilib: ““Kür” Vətəndaş Cəmiyyətinin dəfələrlə təkidli tələblərinə baxmayaraq hökumət və əlaqədar qurumlar Kür Araz daşqınları ilə bağlı ayrılan 327 milyon manat vəsaitin xərclənməsi, kimlərə hansı həcmdə kompensasiyaların verilməsi, evlərin tikintisinə sərf olunan vəsaitlərlə bağlı indiyə kimi hər hansı hesabat təqdim etməyib. Sözdə şəffaflıqdan, hesabatlılıqdan, qanunçuluqdan, ictimai iştirakçılığın təmin olunmasından dəm vuran bəzi dövlət qurumları təəssüf ki, əməldə və fəaliyyətdə bunun tam əksini edirlər. Bu da təbii olaraq insanlarda haqlı narazılığın, etirazın artmasına səbəb olur ki, sonda cana doymuş insanlar müxtəlif aksiyalara əl atırlar.
“03- 04 aprel 2012- ci ildə Sabirabad rayonunun Minbaşı kənd sakinlərinin keçirdiyi aksiyalar da sakinlərin bildirdiyi kimi Kür daşqınlarının törətdiyi problemlərin bu günə qədər həll olunmaması və onlara çatası kompensasiyaların mənimsənilməsi, evlərinin tikilməsində ayrı- seçkiliyə və korrupsiya hallarına yol verilməsinə etiraz əlaməti olaraq keçirilib. Təəssüf doğuran haldır ki, vətəndaşların bir sıra dövlət qurumlarına və məmurlara qarşı irəli sürdüyü konkret korrupsiya ittihamlarının araşdırılıb, günahkarların qanun çərçivəsində cəzalandırılması əvəzinə hakimiyyət orqanları güc strukturlarının imkanlarından istifadə edərək insanların sərbəst toplaşmaq hüquqlarını pozmuş, iştirakçılara qarşı fiziki zor tətbiq etmişdir. Təzyiqə məruz qalanlar içində həbs olunanlar və ciddi bədən xəsarəti alaraq xəstəxanaya düşənlər olub.

Digər təəssüf doğuran hal ondan ibarətdir ki, “Kür” Vətəndaş Cəmiyyətinin dəfələrlə təkidli tələblərinə baxmayaraq hökümət və əlaqədar qurumlar Kür Araz daşqınları ilə bağlı ayrılan 327 milyon manat vəsaitin xərclənməsi, kimlərə hansı həcmdə kompensasiyaların verilməsi, evlərin tikintisinə sərf olunan vəsaitlərlə bağlı indiyə kimi hər hansı hesabat təqdim etməyib. Sözdə şəffaflıqdan, hesabatlılıqdan, qanunçuluqdan, ictimai iştirakçılığın təmin olunmasından dəm vuran bəzi dövlət qurumları təəssüf ki, əməldə və fəaliyyətdə bunun tam əksini edirlər. Bu da təbii olaraq insanlarda haqlı narazılığın, etirazın artmasına səbəb olur ki, sonda cana doymuş insanlar müxtəlif aksiyalara əl atırlar. Bu gün Azərbaycan barıt çəlləyinə bənzəyir. Bir sıra məmurların və dövlət qurumlarının məsuliyyətsiz, laqeyd, qanunsuz hərəkətləri, korrupsiya və rüşvətə hərisliyi ucbatından Azərbaycan insanı sankı zorla üsyana, inqilaba sürüklənir. Bu vəziyyət Kür Araz daşqınları bölgəsində daha kritik, daha təhlükəlidir.

2010-cu il daşqınlarının təsirinə məruz qalmış Kür-Araz ətrafı bölgədə son iki ildə mütəmadi olaraq davamlı, sistemli şəkildə fəaliyyət göstərən, insanlarla daha yaxından təmas qurmuş, onları narahat edən problemləri yaxından izləyən “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı olaraq hökuməti bir daha bu istiqamətdə təxirəsalınmaz tədbirlər görməyə çağırırıq”.