İlk yarımfinalçı kim olacaq?

ilk-yarimfinalci-kim-olacaq
Oxunma sayı: 655

Azerisport.az xəbər verir ki, Ukrayna və Polşanın birgə ev sahibliyi etdiyi turnirin 13-cü oyun günündə bir qarşılaşma baş tutacaq.

Pley-off mərhələsinin ilk oyununda Çexiya və Portuqaliya üz-üzə gələcək. Qalib gələn komanda qitə birinciliyinin ilk yarımfinalçısı adını qazanacaq.

Maraq üçün xatırladaq ki, qrup mərhələsində A qrupunda yer alan Çexiya Rusiyaya 1:4 uduzsa da, Yunanıstanı 2:1, Polşanı 1:0 yenməklə növbəti mərhələyə çıxdı. Portuqaliya isə B qrupunda Almaniyaya 0:1 uduzduqdan sonra Danimarkanı 3:2, Hollandiyanı 2:1 hesabıyla üstələməklə pley-offa adlayıb.

AÇ-2012
1/4 final
21 iyun

23:45. ÇEXİYA – PORTUQALİYA
Polşa. Varşava. Milli stadion
Baş hakim: Hovard Uebb (İngiltərə)