Binəqədidəki partlayışda ölənlərin sayı 10-a çatdı

bineqedideki-partlayisda-olenlerin-sayi-10-a-catdi
Oxunma sayı: 3990

Binəqədi rayonunda baş vermiş partlayış nəticəsində ölənlərin sayı artıb.

 “Qafqazinfo”  xəbər verir ki, bununla bağlı Baş Prokurorluq məlumat yayıb.

Belə ki, bu gün saat 14 radələrində yaralılardan 1 nəfər - Rüstəmov Adil Aydın oğlu (1996)  göstərilən tibbi yardımlara baxmayaraq müalicə aldığı xəstəxanada vəfat edib.

Qeyd olunub ki, Binəqədi rayonunda yerləşən mebel sexində 9 nəfərin ölümü, 24 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən partlayışla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.